RU

Dost dediyi adama kart məlumatlarını verdi və talandı

Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb. Polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
18
4
yenisabah.az

8Источники