Rusiya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları zərurət olmadan Almaniyaya səfərlərdən çəkinməyə çağırıb.
"Far.Az" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
"Vətəndaşlarımızı ciddi zərurət olmadan Almaniyaya səfər etməkdən çəkinməyə çağırırıq. Müvafiq tövsiyələr nazirliyin və xarici qurumların rəsmi resurslarında dərc edilib", - M.Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, Almaniyaya ezam olunan jurnalist korpusunun nümayəndələri üçün də faydalı ola bilər, çünki problemlər var.