RU

CBS: ABŞ-də iki kişi bankomatı oğurlayıb və sonra onu yolda itirib

Hadisə Texas ştatında yanacaqdoldurma məntəqəsində baş verib...

ABŞ-nin Texas ştatında iki naməlum şəxs yanacaqdoldurma məntəqəsində yerləşən mağazadan bankomatı oğurlamağa cəhd göstərib, lakin planları uğursuzluqla nəticələnib.

Poliqon xəbər verir ki, bu barədə CBS telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, şübhəlilər oğurlanmış yolsuzluq avtomobili ilə yanacaqdoldurma məntəqəsinin ərazisinə gəliblər. Onlar mağazanın şüşəsini çəkiclə sındıraraq içəri daxil olub, bankomatı avtomobilə metal tros vasitəsilə bağlayıblar. Daha sonra sürətlə ərazidən çıxmağa cəhd ediblər.

Avtomobil hərəkətə başlayan zaman bankomat mağazanın içərisində bir neçə ticarət rəfini dağıdaraq bayıra çıxıb və yanacaqdoldurma məntəqəsində park edilmiş başqa bir avtomobilə dəyib. Buna baxmayaraq, şübhəlilər bankomatı özləri ilə aparmağa nail olublar. Lakin hadisə yerindən uzaqlaşarkən bankomat trosdan qoparaq yolda qalıb.

Bir müddət sonra polis əməkdaşları atılmış bankomatı aşkar ediblər. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir, lakin mağazaya və ərazidəki avtomobillərə maddi ziyan dəyib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır, şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməyib və onlar hələ də axtarışdadır.

Poliqon.info

Избранный
27
poliqon.info

1Источники