RU

Mikroavtobus avtobusa çırpılıb, ölənlər və yaralananlar varVİDEO

Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobus avtobusa çırpılıb, ölənlər və yaralananlar var.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şahidləri deyiblər ki, qəzaya mikroavtobusa digər avtobusun arxadan çırpılması səbəb olub. 

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər həyatını itirib, mikroavtobusda olan sərnişinlərdən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 qadın, 7 kişiyə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5-nin klinik durumu isə  stabil qiymətləndirilir. 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Baş Dövlət Yol Polisi İdarəsi də yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Hadisə ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata  görə, araşdırmalarla müəyyən edilib ki, "Mercedes" markalı mikroavtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub. Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
63
xezerxeber.az

1Источники