RU

Tbilisidə yüz minlərlə dollar dəyərində kokain daşıyan rusiyalı qadın həbs edildi

BAKI, 25 dekabr. TELEQRAF

Gürcüstanda 36 yaşlı Rusiya vətəndaşı Tbilisi Beynəlxalq Hava Limanında yüz minlərlə dollar dəyərində kokainlə həbs edilib.

Teleqraf xəbər verir ki, saxlanılan şəxsin bağlamasında qara bazarda 1 milyon laridən çox dəyərində 1 kq 200 qram kokain müsadirə edilib.

Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq başlanıb.

Şübhəlini 20 ilə qədər həbs cəzası gözləyir.

Избранный
75
2
teleqraf.com

3Источники