RU

ABŞ alimi pivədən peyvənd İCAD ETDİ

ABŞ alimi pivədən peyvənd icad edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, ABŞ-dan olan bir alim qeyri-adi kəşfə imza atıb. Asudə vaxtlarında pivəbişirmə ilə maraqlanan virusoloq pivə mayasına boş virusabənzər hissəciklər əlavə edərək xüsusi “pivə vaksini” yaradıb. Bu hissəciklər immunitet sistemini stimullaşdıraraq infeksiyalarla mübarizəyə hazırlayır.

Alim və onun ailə üzvləri bu virus əleyhinə köpüklü içkini qəbul ediblər. Nəticə uğurlu olub: onların orqanizmində virusla mübarizə aparmağa qadir olan anticisimlər yaranıb. Beləliklə, poliomavirusa qarşı real profilaktika təmin edilib.

Hazırda mütəxəssis daha genişmiqyaslı planlar üzərində düşünür. O, gələcəkdə qrip, koronavirus və digər xəstəliklərdən qoruyan universal pivə hazırlamağın yollarını axtarır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
38
interpress.az

1Источники