Bakı. Trend:
Yaponiyanın Hokkaydo sahillərində 5,6 bal gücündə zəlzələ qeydəalınıb.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzixəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Hatinohe şəhərindən(Aomori prefekturasının şimalı) 111 km şimal-şərqdə olub. Yeraltıtəkanların ocağı 62 km dərinlikdə yerləşib.
Xəsarər alan və ya dağıntılar barədə məlumat verilməyib, sunamitəhlükəsi elan edilməyib.