RU

İdeal ayaq sevdası: Qadınlar ayaq barmaqlarını KƏSDİRİR – FOTO

Rusiyalı qadınlar estetik görünüş üçün ayaq barmaqlarını qısaltmağa başlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Rusiyada qadınlar arasında yeni və təhlükəli estetik əməliyyat dəbi yayılıb. İdeal ayaq görüntüsü əldə etmək və dəbli ayaqqabılar geyinə bilmək üçün onlar cərrahi yolla ayaq barmaqlarını qısaltdırırlar.

Bu trendin sosial şəbəkələrdəki gözəllik bloqerləri tərəfindən təbliğ edildiyi bildirilir. Əməliyyatın orta qiyməti təxminən 150 000 rubl (təxminən 2 700 manat) təşkil edir. Proses zamanı bir və ya bir neçə barmaq falanqası kəsilərək qısaldılır.

Lakin həkimlər bu prosedurun yüksək risklər daşıdığını xəbərdarlıq edirlər. Belə ki, əməliyyatdan sonra infeksiya düşməsi, ayağın funksiyalarının pozulması, sinir və oynaqların zədələnməsi, ən pis halda isə kəsilən sümüklərin heç vaxt bitişməməsi kimi ağır fəsadlar yarana bilər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
29
interpress.az

1Источники