RU

Tanzaniyada helikopter qəzası 5 ölü

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kilimancaro dağında, Barafu düşərgəsi yaxınlığında helikopter qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tanzaniyanın mülki aviasiya idarəsi məlumat yayıb.

Qəza nəticəsində helikoterdə olan 5 nəfər - pilot , həkim, bələdçi və iki turist həyatını itirib. Turistlərin kimliyi dəqiqləşdirilir. Helikopter düşərgəyə tibbi yardım məqsədi ilə uçurmuş. Dəniz səviyyəsindən 4700 metr yüksəklikdə baş verən sözügedən qəzanın səbəbləri hələlik bəlli deyil. 

Qeyd edək ki, dəniz səviyyəsindən 5895 metr hündürdə olan Kilimancaro dağı turistlərin maraq göstərdiyi yerlərdən biridir. Hər il bura 50 mindən çox turist ziyarətə gəlir.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
109
525.az

1Источники