ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əgər Kaya Kallasdan Moldovaya etdiyi “yardımı” Ermənistana da göstərməyini istəsək, bu, çox pis nəticələnəcək. Əslində, Moldovada baş verənlər buna nümunədir. İnsanları qarşı-qarşıya qoyurlar, nəsilləri bir-birinə qaldırırlar. Belə bir şəxs hansı yardımı edə bilər?”.
Gloalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə səsləndirib.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi digər ölkələrin daxili işlərinə qarışmamaq və onların suverenliyinə hörmət etmək prinsipinə sadiq qalır.
“Biz Ermənistanla danışıqlarda bu prinsiplərdən çıxış edirik. Təəssüf ki, bəzi Qərb siyasətçiləri haqqında bunu demək olmur. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ermənistana seçkilərin təşkili üzrə Avropada tətbiq olunan ‘ən yaxşı təcrübələri’ təklif edir. Həmin təcrübələr Moldovada tətbiq olunub. Heç bir yaxşı nəticə hasil olmayıb. Amma Rusiyanın nələri etdiyi, kimlərə köməklik göstərdiyi, nə qədər investisiya yatırdığı göz qabağındadır. Ona görə də, müqayisə aparılmalıdır. Bu, rəqəmlərlə ifadə olunur və suala cavab verməyə kömək göstərəcək”, – deyə Zaxarova vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.