RU

Yalnız dağıdıcı... Zaxarovadan Gürcüstanla bağlı gözlənilməz açıqlama

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Gürcüstanı təhlükəli geosiyasi proseslərə cəlb etməyə çalışdığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə 0, Moskavada keçirilən brifinqdə danışıb.

Zaxarova deyib ki, Rusiya NATO-nun Cənubi Qafqazda möhkəmlənmək və xüsusilə Gürcüstanı riskli geosiyasi oyunlara sürükləmək cəhdlərini dəfələrlə qeydə alıb. Onun sözlərinə görə, alyans Rusiyaya qarşı düşmənçilik kursu yürüdür və NATO üçün yeni olan regionlarda, o cümlədən Cənubi Qafqazda mövqe tutmağa çalışır.

Zaxarova vurğulayıb ki, Şimali Atlantika Alyansı müdafiə məqsədləri güdmür, əksinə aqressiv siyasət aparır, öz baxış və standartlarını tətbiq etməklə regional təhlükəsizliyə zərər vurur.

Rusiya XİN sözçüsü qeyd edib ki, bu səbəbdən NATO-nun Cənubi Qafqazdakı fəaliyyəti mahiyyət etibarilə yalnız dağıdıcı xarakter daşıya bilər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
globalinfo.az

1Источники