RU

Zelenski: ABŞ ilə danışıqlarda sülh üçün yeni ideyalar ortaya çıxıb

BAKI, 26 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışığını müsbət qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Zelenskinin sözlərinə görə, təxminən bir saat davam edən müzakirələr sülhə yaxınlaşmaq üçün yeni formatlar və vaxt çərçivələri ilə bağlı ideyalar ortaya qoyub.

O bildirib ki, ABŞ və Ukrayna arasında razılaşdırılmış yenilənmiş 20 maddəlik sülh planı təhlükəsizlik təminatlarını və Rusiyanın mümkün yeni hücumuna qarşı koordinasiyalı cavabı nəzərdə tutur. O, bəzi həssas məsələlərin hələ müzakirə tələb etdiyini qeyd edib.

Избранный
30
teleqraf.com

1Источники