RU

Auralı miqren nədir və hansı əlamətlərlə özünü göstərir?

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Miqrendən əziyyət çəkən şəxslərə həkimə müraciəti gecikdirməmək və həddindən artıq ağrıkəsici dərmanlardan istifadə etməmək tövsiyə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru saytına Piroqov Universitetinin nevrologiya, neyrocərrahiyyə və tibbi genetika kafedrasının dosenti Yuri Nesterovski açıqlama verib.

Onun sözlərinə görə, qadınlar kişilərlə müqayisədə təxminən iki dəfə daha çox miqrendən əziyyət çəkirlər.

"Miqren insanın həyat keyfiyyətinə ciddi təsir göstərən xəstəliklərdən biridir. Tədqiqatlara əsasən, böyüklər arasında aurasız miqrenin illik yayılma göstəricisi 14-21 faiz arasında dəyişir. Bu xəstəliyə qadınlarda daha çox rast gəlinir: qadınlar arasında orta yayılma göstəricisi 17 faiz, kişilər arasında isə 8 faizdir", - deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, miqrenin daha az rast gəlinən formalarından biri "auralı miqren"dir və bu forma təxminən 2.5 faiz hallarda müşahidə olunur. Auralı miqren adətən qısamüddətli nevroloji simptomlarla xarakterizə edilir. Bunlara görmə pozuntuları - göz önündə parlaq və ya qaranlıq ləkələr, titrəyən nöqtələr və ya xətlər daxildir.

Bundan əlavə, üz, qol və ya ayaqda birtərəfli keyimə və ya sancı hissi, eləcə də nitqdə çətinliklər yarana bilər. Bu simptomlar adətən başağrısı başlamazdan əvvəl və ya ağrının ilkin mərhələsində ortaya çıxır və orta hesabla 20 dəqiqədən bir saata qədər davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
65
oxu.az

1Источники