ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Rəqəmsallaşmaya yönəlmiş səylər Azərbaycanın iqtisadi mənzərəsini dəyişir. Texnoparkların yaradılması və İT şirkətlər üçün vergi güzəştləri Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsinə xidmət edir. Yüksəksürətli internet infrastrukturuna yatırılan investisiyalar və dövlət xidmətlərinin rəqəmsallaşdırılması, vahid dövlət xidmətləri mərkəzi olan ASAN Xidmət modeli çərçivəsində həyata keçirilən tədbirlər biznes mühitini yaxşılaşdırıb və şəffaflığı artırıb.
Bu barədə AZƏRTAC-a Avrasiya əlaqələri, resurs diplomatiyası və dayanıqlı inkişaf sahəsində ixtisaslaşan Pakistanın geoiqtisadiyyat üzrə analitiki və politoloqu İmran Bhatti bildirib.
Ekspert, həmçinin Azərbaycanın turizm sektorunda müşahidə olunan artıma toxunub. Pandemiyanın yaratdığı tənəzzüldən sonra bu sahə sürətli inkişaf mərhələsinə qədəm qoyub.
Onun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi, Qəbələ və Qusar kimi regionlarda qış turizmi infrastrukturunun inkişafı, eləcə də Bakıda Formula-1 yarışlarının və beynəlxalq mədəni tədbirlərin təşviqi istiqamətində həyata keçirilən strateji təşəbbüslər Yaxın Şərq, Cənubi Asiya və Avropadan müxtəlif turist qruplarının cəlb olunmasında səmərəli olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.