RU

“Çelsi” “Aston Villa”nın hücumçusu Morqan Rocerslə maraqlanır

Bakı. Trend:

Londonun “Çelsi” klubu 2026-cı ilin yay transfer dönəmində“Aston Villa”nın hücumçusu Morqan Rocersi heyətinə qatmaqvariantını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə tanınmış insayder FabrizioRomano sosial şəbəkələrdə bildirib.

Bildirilib ki, futbolçu yaxın zamanda “Aston Villa” ilə yenimüqavilə imzalasa da, onun komandadan ayrılması istisna edilmir.Bir neçə aparıcı klub Rocersin çıxışlarını diqqətlə izləyir.“Çelsi” ötən yay da oyunçu ilə maraqlanıb, lakin bu maraq rəsmitəklif mərhələsinə çatmayıb. Rocersin 2026-cı ilin yanvarında klubutərk etməsi gözlənilmir, lakin yay transfer pəncərəsi açıldıqdansonra müxtəlif variantların yaranacağı istisna olunmur.

Избранный
65
1
az.trend.az

2Источники