RU

Gürcüstanın Baş naziri Aİ ilə münasibətlərin bərpasından danışıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi TV”yə müsahibəsində Avropa İttifaqının Tbilisi ilə münasibətlərin normallaşdırılmasında maraqlı olmalı olduğunu bildirib.

Doğru.az xəbər verir ki, onun sözlərinə görə, Gürcüstan Aİ ilə münasibətlərdə “ehtiyatla və strateji səbrlə” müsbət dəyişikliklər gözləyir.

RİA Novosti agentliyi Kobaxidzenin açıqlamasından sitat gətirir:

“Düşünürəm ki, gələn il dəyişikliklərlə dolu olacaq, o cümlədən Avropa İttifaqı ilə münasibətlər baxımından. Avropa İttifaqı ilə əlaqələri normallaşdırmaq üçün əlimizdən gələni etməliyik. Obyektiv olaraq, Gürcüstanla sağlam münasibətlərin bərpası Avropa İttifaqının maraqlarına uyğundur”.

Xatırladaq ki, daha əvvəl Aİ rəsmiləri Gürcüstan hakimiyyətinin Avropa Birliyinin tövsiyələrini yerinə yetirməyəcəyi təqdirdə ölkə ilə vizasız rejimin tamamilə ləğv oluna biləcəyini bəyan ediblər.

Bundan əlavə, Avropa İttifaqının 2025-ci ilin sonuna qədər Gürcüstana maliyyə yardımı göstərməyi planlaşdırmadığı da bildirilib.

DOĞRU.AZ 

Избранный
21
dogru.az

1Источники