RU

Tramp Epşteyn işi ilə bağlı bütün demokratların adlarını açıqlayacağını vəd edib

ABŞ prezidenti rəqiblərini Epşteyn qalmaqalı fonunda “sonuncu Milad”la hədələyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2019-cu ildə həbsxanada ölü tapılan maliyyəçi Ceffri Epşteynin işi ilə əlaqəsi olan Demokratlar Partiyasının üzvlərinin adlarını açıqlayacağını bildirib. Trampın sözlərinə görə, bir çox demokrat Epşteynlə heç bir əlaqəsinin olmadığını deyərkən ictimaiyyəti aldadıb.

ABŞ prezidenti bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, davam edən “radikal solun cadugər ovu” çərçivəsində adlar üzə çıxarıldıqda, onların hamısının demokrat olduğu aydınlaşacaq və bu zaman “çox şeyi izah etmək lazım gələcək”.

Tramp iddia edib ki, Demokratlar Partiyasının nümayəndələri Epşteynin təşkil etdiyi ziyafətlərdə iştirak ediblər və müəyyən dövrdə onun haqqında müsbət fikirlər səsləndiriblər. Prezidentin sözlərinə görə, vəziyyət ciddiləşəndə və qalmaqal böyüyəndə isə Epşteyndən “it kimi imtina ediblər”. Tramp əlavə edib ki, daha sonra bütün məsuliyyəti onun üzərinə atmağa çalışıblar, halbuki o, Epşteynlə əlaqəni hamıdan xeyli əvvəl kəsən yeganə şəxs olub. Prezident paylaşımının sonunda rəqiblərinə istehzalı şəkildə “bəlkə də sonuncu Miladınızdan zövq alın” mesajını verib.

Xatırladaq ki, dekabrın 23-də ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə yeni sənədlər paketini dərc edib. Təxminən 30 min fayldan ibarət olan bu materiallar indiyədək açıqlanan ən geniş həcmli sənəd toplusu hesab olunur. Yeni sənədlərdə Donald Trampın Epşteynlə mümkün təmasları və əlaqələri ilə bağlı daha ətraflı məlumatların yer aldığı bildirilir. Bu açıqlamalar ABŞ-də Epşteyn işi ətrafında siyasi mübahisələri yenidən kəskinləşdirib və məsələni ölkə gündəminin əsas mövzularından birinə çevirib.

Poliqon.info

Избранный
44
poliqon.info

1Источники