RU

Bu ölkə… ASİF OSMAN YAZIR

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ölkə “Ana” deyə qışqıran uşağa, “zəhrimar” deyə cavab verilən ölkədi…

Bu ölkə subay oğluna boşanmış qızı rəva bilməyən anaların, boşanmış oğluna subay qız axtardığı ölkədi…

Bu ölkə bəylə gəlinin gələcəkdə uşaqlarının inkişafına xərcləməli olduğu pulu şadlıq sarayının rəhbərinə bağışladığı ölkədi…

Bu ölkə sədəqə verənin dilənçidən daha pis yaşadığı ölkədi…

Bu ölkə xoşbəxtliyin üzü dənizə baxan eyvanda kabab çəkmək sayıldığı ölkədi…

Bu ölkə insanların 40 dərəcə istidə qaynar çay içərək sərinlədiyi ölkədi…

Bu ölkə həkimə gedən xəstənin cibindən yoxlandığı ölkədi…

Bu ölkə məmurun ölüm xəbərinə insanların sevindiyi ölkədi…

Bu ölkə hansısa sənətkarın söyülərək “Oğraşın qəşəy səsi var da”, “Köpəyoğlu zibilin ustasıdı da” tərifləndiyi ölkədi…

Bu ölkə atanın əlində badə, damağında siqaretlə dönüb uşağına “bala, sən içmə, ömrünü zay eləmə ha” dediyi ölkədi…

Bu ölkə hüquqlarını bilənə “demaqoq”, haqqını tələb etmək üçün harasa şikayət edənə “işverən” deyilən ölkədi…

Bu ölkə məktəbi olub, təhsili olmayan ölkədi…

Bu ölkə başların boşalıb, qarınların dolduğu ölkədi…

Ona görə ki,  bu ölkə ömründə cəmi 3-4 kitab oxuduğunu etiraf edən, hər yerdə “təhsilin, maarifçiliyin əleyhinəyəm” deyən Müşfiq Ötgün kimi adamların “filosof” olduğu ölkədi…

Asif Osmanlı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
icma.az

1Источники