RU

Putin ABŞ və Rusiya arasında ZAES in Ukraynasız birgə idarə olunmasının müzakirə edildiyini bildirib

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Rusiya lideri Vladimir Putin iddia edib ki, Rusiya ilə ABŞ arasında Ukraynanın iştirakı olmadan Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) birgə idarə olunması imkanları müzakirə olunur.

Bizimyol.info xəbər veir ki, Putin bu barədə Rusiya biznes nümayəndələri ilə görüşdə danışıb.

Rusiya liderinin sözlərinə görə, ABŞ guya Zaporojye AES-ə kriptovalyuta mayninqi üçün obyekt kimi maraq göstərib. O əlavə edib ki, Ukrayna ZAES-in idarə olunmasına cəlb edilməyəcək.

Bununla yanaşı, Kremlin rəhbəri qeyd edib ki, ABŞ-ın təşəbbüsü ilə işğal altında olan ZAES-dən Ukraynaya elektrik enerjisinin verilməsi imkanı da nəzərdən keçirilir.

Putin bildirib ki, ZAES-də ukraynalı mütəxəssislər hələ də işləyirlər, lakin onun iddiasına görə, onların hamısı Rusiya pasportu alıb.

Qeyd edək ki, 2022-ci ilin martında Rusiya işğalçı qüvvələri Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzün ilk günlərindən etibarən Dnepr çayının sol sahilində yerləşən Enerqodar şəhərindəki Zaporojye AES-i nəzarət altına alıblar.

Daha əvvəl Ukrayna mətbuatı xəbər verib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Zaporojye AES-in Ukrayna, ABŞ və Rusiya arasında “33% – 33% – 33%” nisbətində birgə istismarını təklif etdiyini açıqlayıb. Lakin Kiyev ZAES-dən birgə istifadə üzrə yaradılacaq müəssisədə Kremlin iştirakını istəmir. Buna görə də Ukrayna ABŞ-a təklif edir ki, istehsal olunan elektrik enerjisinin 50 faizi Ukraynaya verilsin, qalan 50 faizin bölüşdürülməsini isə ABŞ özü müəyyən etsin. Zelenski vurğulayıb ki, Kaxovka Su Elektrik Stansiyasının bəndi bərpa olunmadan ZAES normal fəaliyyət göstərə bilməz və bunun üçün böyük maliyyə vəsaiti tələb olunur.

Həmçinin qeyd edilib ki, Zelenski müharibə başa çatdıqdan sonra ZAES-in taleyi ilə bağlı hələlik heç bir razılaşmanın olmadığını bildirib. O əlavə edib ki, ZAES ətrafında təkcə elektrik enerjisinin bölüşdürülməsi ilə bağlı deyil, həm də stansiyaya çıxış və onun təhlükəsizliyi ilə bağlı çoxsaylı məsələlər mövcuddur. Onun sözlərinə görə, əgər stansiyada ukraynalı mütəxəssislər çalışacaqsa, onların harada yaşayacağı məsələsi də ortaya çıxacaq. Buna görə də Zelenskinin fikrincə, bütün bu məsələlər Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə razılaşdırılmalıdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
70
icma.az

1Источники