Azərbaycan idmançıları Hindistanın Yeni Dehli şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.
Sportal.az xəbər verir ki, millimiz zorxana üzrə komanda yarışlarında 3-cü yeri tutub.
Fərdi çıxışlarda Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsul Səfərov və Nihat Qasımov hərəyə 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıb.
Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş mükafat əldə edib.
Yekunda Azərbaycan komandası Dünya Kubokunu ümumi medal sıralamasında 3-cü pillədə başa vurub.
saytlarin hazirlanmasi