RU

Kobaxidze: Aİ Gürcüstanla münasibətlərin bərpasında maraqlı olmalıdır

"Avropa İttifaqının (Aİ) özü Gürcüstanla münasibətlərin bərpasında maraqlı olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Yeni il öncəsi Gürcüstanın "İmedi" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Obyektiv olaraq, Gürcüstanla sağlam münasibətləri bərpa etmək Avropa İttifaqının maraqlarına uyğundur. Bu edilmədikdə, məntiqi olaraq belə bir nəticəyə gələ bilərik ki, Avropa bürokratiyası suveren hərəkət etmir və Avropa İttifaqının və Avropa cəmiyyətinin maraqlarına uyğun davranmır", - deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan Mərkəzi Asiya dövlətlərini Qara dəniz vasitəsilə Avropa ilə birləşdirən yeganə ölkədir. Kobaxidze qeyd edib ki, geosiyasi reallıqlar nəzərə alınmaqla Brüsselin yeni bazarlara çıxışı lazımdır.

Zeynəb Rzayeva

Избранный
27
1
bakivaxti.az

4Источники