RU

Nazirliyin 10 milyon manat ödədiyi şirkət Xankəndi stadionunda qanunsuzluq etdi

Gənclər və İdman Nazirliyi ilə Xankəndi şəhər stadionunun təmiri üçün satınalma müqaviləsi bağlayan "Planet Construction" MMC bu işin icrası zamanı əmək qanunvericiliyinin tələblərini pozub.

Sportinfo.az xəbər verir ki, nazirliklə 9 milyon 918 674 manatlıq tender müqaviləsi bağlayan şirkət Xankəndi şəhər stadionunun tikintisində işçiləri əmək müqaviləsi olmadan işlədib.

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkənin qərarı ilə "Planet Construction” şirkəti 20 min manat məbləğində cərimələnib.

Nazirliklə şirkət arasındakı müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanmışdı.

“Planet Construction” MMC daha öncə də nazirliyin keçirdiyi tenderin qalibi olub. Bu şirkət 5 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur.

Избранный
55
sportinfo.az

1Источники