RU

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Herbiand.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmaq, mümkün qədər günün işıqlı vaxtı yola çıxmaq, sürət həddini nəzarətdə saxlamaq, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilir.

“Hər bir yol hərəkəti iştirakçısını onların mənzil başına təhlükəsiz çatması üçün DYP tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa, səfərlərimizin xoş təəssüratlarla yadda qalması üçün qaydalara qeyd-şərtsiz əməl etməyə çağırırıq”,- deyə müraciətdə bildirilib.

Избранный
14
36
herbiand.az

10Источники