RU

254 nömrəli məktəbdə şəhid xatirəsinə həsr olunmuş TURNİR KEÇİRİLİB

Ajans.az xəbər verir ki, turnirdə rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının, rayon gənclər və idman sektorunun səlahiyyətli nümayəndələri, Azərbaycan Respublikasının Millİ Qəhrəmanı general polkovnik Mədət Quliyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Rəşad Əliyev, şəhid ailələrinin üzvləri iştirak etmişlər. Turnirdə 23 məktəbin komandasını təmsil edən 115 iştirakçı mübarizə aparmışdır. Turnirin sonunda I yerə 254 nömrəli tam orta məktəbin komandası, II yerə 287 nömrəli tam orta məktəbin komandası, III yerə 269 nömrəli tam orta məktəbin komandası layiq görülmüşdür. Yekunda qalib komandalar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla mükafatlandırılmışlar.
Избранный
16
Ajans.az

1Источники