RU

Rusiya və ABŞ Ukraynanın əmlakını indidən bölüşdürür

Rusiya və ABŞ Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukraynanın iştirakı olmadan birgə idarə edilməsini müzakirə edir.

“Yeni Sabah” “Kommersant”a istinadla xəbər verir ki, bunu Kremldəki mənbə bildirib.

Onun sözlərinə görə, Putin bu barədə dekabrın 24-də biznes nümayəndələri ilə qapalı görüşdə bildirib: "Amerikalı həmkarlarımız, məsələn, Zaporojye AES-də mayninqdə maraqlı olduqlarını bildiriblər. Amerika tərəfinin təşəbbüsü ilə Ukraynaya elektrik enerjisinin tədarükü də müzakirə olunur", - Kolesnikov deyib.

O əlavə edib ki, Putinin sözlərinə görə, ABŞ Rusiyadan ukraynalı mütəxəssislərin zavodda işləyə biləcəyini soruşub. Putin cavab verdi ki, onlar hələ də orada işləyirlər, əvvəllər olduğu kimi, indi də Rusiya pasportlarına malikdirlər”.

Rusiya Ukraynaya genişmiqyaslı işğalının əvvəlində Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES ələ keçirib. 


Telegram kanalımız
Избранный
48
yenisabah.az

1Источники