RU

Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışlarını nəzərə almağa məcburdur - Zahid Oruc

Bakı. Trend:

2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdəhərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizintəhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi.

Trend xəbərverir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədriZahid Oruc parlamentin bugünkü plenar iclasında deyib.

Komitə sədri vurğulayıb ki, 5 ildir davam edən belə vəziyyətregional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit vəlogistika potensialının tam reallaşmasına mane olur, yüklərin dahauzun və baha marşrutlarla daşınmasına səbəb olur.

“Regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahidiqtisadi məkanın yaranmasını əngəlləyir. Azərbaycan–Türkiyə–MərkəziAsiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə,gələcəkdə Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətlərikontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalıolacaq.

Digər tərəfdən, yalnız hava nəqaliyyatı ilə hərəkətə icazə ailəvə yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhədregionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarınaziyan vurur, əlavə xərclər yaradır. Hamının təyyarə nəqliyyatındanyararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir.Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onlarıntələbləri başa düşüləndir”.

Millət vəkili vurğulayıb ki, sərhədlər yalnız iqtisadiyyat vəlogistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi vəgələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir:

“Azərbaycan tarixinin mürəkkəb dövrlərindən keçərək qalib,suveren və regional güc kimi çıxış edir. Prezident İlham Əliyevinyaratdığı yeni tarixi və geosiyasi reallıq bizdən emosional yox,məsuliyyətli və uzaqgörən münasibət tələb edir.

Ölkəmiz Qafqazlarda sərhədlərin tam açılmasına, regionaləməkdaşlığa və sülhə xidmət edən əsas təşəbbüskar dövlətdir. Yenisərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regionalmüharibələr və beynəlxalq gərginliyi nəzərə almağa məcburdur”.

Z.Oruc əlavıə edib ki, digər vacib məqam İranla bağlı beynəlxalqsiyasi və hərbi gərginliyin artmasıdır.

“İsraillə 12 günlük müharibə və yenidən savaş perspektiviregionda qeyri-sabitlik riskini gücləndirir, mümkün sanksiyalar vəhərbi eskalasiyalar fonunda sərhədyanı təhlükəsizlik tədbirlərinizəruri edir”, - deyə o qeyd edib.

Məqalədə:
Избранный
29
az.trend.az

1Источники