RU

Rusiya "Soyuz" raketinin kosmik aparatını orbitə çıxarıb

Rusiyanın Həştərxan vilayətindəki "Plesetsk" kosmodromundan "Soyuz-2.1a" raket daşıyıcısının kosmik aparatı orbitə çıxarılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, raketin buraxılışı və kosmik aparatın hesablanmış orbitə çıxarılması ştat rejimində baş tutub.

"Hazırda aparatla stabil telemetrik əlaqə qurulub və saxlanılır. Bort sistemləri ştat rejimində işləyir", - deyə məlumatda qeyd edilir.

Aparatla bağlı digər məlumatlar verilməyib.
Избранный
15
1
7news.az

2Источники