RU

Kəramətdən “Tarqovuda yer veriblər” iddialarına cavab

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Kəramət Böyükçöl “Soyuq əllər, isti ürəklər” yarmarkasında kitablarını satır.

Gununsesi.info xəbər verir ki, o, bu dəfə də bir sıra adamlar tərəfindən tənqid olunur.

Bundan əvvəl Elmlər Akademiyasının qarşısındakı parkda kitab satması da tənqid olunurdu.

Belə ki, onu dəstəkləyən insanlarla yanaşı, hökumət yer verib deyərək tənqid edənlər də var.

Saytımıza verdiyi açıqlamada yazıçı Kəramət Böyükçöl ona qarşı olan iddilara bu cür cavab verib:

“Əslində, Elmlər Akademiyasının qabağındakı park daimi olaraq kitab satdığım yerdir. Başqa yerlərdə sərgi olmasa, məni hər gün orada tapmaq mümkündür. Hazırda “Soyuq əllər, isti ürəklər” yarmarkasında yer götürüb kitablarımı satıram. Konkret desək, mənim işim budur. Əvvəl deyirdilər ki, niyə ona Elmlərdə kitab satmağa qoyurlar, hökumətin adamıdır. İndi də deyirlər ki, Tarqovuda kitab satır. Yenə eyni iddialar. Açığı, kim nə deyir, özü bilər. Bu cür şeylər onsuz da məni incitmir, əksinə fayda verir”.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
icma.az

1Источники