RU

“Hüquqşünaslıq” ixtisası üzrə peşə imtahanında iştirak edən 75 nəfərdən yalnız 37-si şəhadətnamə əldə edib

Bakı. Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişiəsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Hüquqşünaslıq”ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 75nəfərdən yalnız 37 nəfəri təqdim olunan 30 sualdan yarısına və yadaha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam(akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.

Trend xəbərverir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarəHeyətinin sədri Tural Əhmədov media üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, uğursuz nəticə göstərən kvalifikasiyasahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsilmüəssisələrinin (ATM) payına düşür.

"Belə ki 19 dekabr 2025-ci il tarixində DİM tərəfindən“Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında RusiyaFederasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərindən37 müraciətçidən 22-sinin, Ukrayna ATM-lərindən əldə olunankvalifikasiya sahiblərindən isə 29 nəfərdən 16-sının uğursuznəticəsi qeydə alınıb.

“Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınması imtahanında uğursuznəticə göstərən müraciətçilər kvalifikasiyalarını əsasən RusiyaFederasiyası üzrə Cəzaların İcrası Federal Xidmətinin Hüquq vəİdarəetmə Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından MühafizəXidməti Universiteti, MİREA-Rusiya Texnoloji Universiteti,A.Qriqoryeviç və N.Qriqoryeviç Stoletovlar adına Vladimir DövlətUniversiteti, Altay Dövlət Universiteti; Ukrayna üzrə isə XarkovMilli Daxili İşlər Universiteti, Y.Mudrıy adına Milli HüquqUniversiteti, T.Şevçenko adına Kiyev Milli Universiteti, AvropaUniversiteti, Gömrük və Maliyyə Universiteti, Kiyev MilliTexnologiyalar və Dizayn Universitetindən əldə edib.

Məlumat üçün bildiririk ki, 19.12.2025-ci il tarixində DİM-inkeçirdiyi imtahanda “Hüquqşünaslıq” ixtisası üzrə TürkiyəRespublikası Ankara və Bahçeşehir universitetlərinin tələbələri 30sualdan 27 suala düzgün cavab verərək ən yüksək nəticə əldəediblər".

Избранный
51
5
az.trend.az

10Источники