RU

Dəfələrlə xəstəxanalarda olmuşam, gördüyüm mənzərə ürəkaçan olmayıb Deputat

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir. Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Naqif Həmzəyev deyib. 

O bildirib ki, müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil:

"Mygov platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəssisələrində  növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, adiyyatı qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar".

Anar Kəlbiyev

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
4
unikal.az

7Источники