RU

“Xarici agentliklərlə əməkdaşlıq TKTA üçün prioritetdir” - Tural Əhmədov

“TKTA Avropanın qabaqcıl keyfiyyət təminatı agentliklərinin təcrübəsinin öyrənilməsini mühüm fəaliyyət istiqaməti kimi qiymətləndirir. Bu sahəyə xüsusi diqqət yetirir”.

Redaktor.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2025-ci ilin yekunlarına dair” brifinqdə bildirib.

Tural Əhmədov vurğulayıb ki, TKTA əməkdaşları Moldova Respublikası, Macarıstan və Xorvatiya Respublikasının xarici keyfiyyət təminatı agentliklərində heyətin mübadiləsində iştirak edib:

“Beynəlxalq təcrübəni öyrənməklə yanaşı, qazanılmış təcrübələri bölüşmək imkanı əldə ediblər”, - deyə o qeyd edib.

Aytəkin TOFİQQIZI

Избранный
58
1
redaktor.az

2Источники