Əlcəzair millisi Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk turunda Sudanı 3 cavabsız qolla məğlub edib.
QOL.az xəbər verir ki, komandanın ulduz futbolçusu Riyad Mahrez bu qarşılaşmada dubl edib.
34 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun final mərhələlərində Əlcəzair millisinin bombardirinə çevrilib. Onun aktivində 8 qol var. Riyad 6 qolu olan Lahdar Bellumini geridə qoyub.
Qeyd edək ki, Mahrez həmçinin Əlcəzair yığmasında keçirilən oyunların sayına görə mütləq rekorda yaxınlaşır. Onun hesabında 108 matç var. Rekord isə 111 oyunla Aissa Mandiyə məxsusdur.