RU

Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayılovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Antalya azərbaycanlıları adından doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə xoş arzularımızı və dərin ehtiramımızı çatdırıram.

Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə misilsiz nailiyyətlərə imza atmışdır. Vətən müharibəsində əldə edilən şanlı Zəfər tariximizin ən parlaq, qızıl hərflərlə yazılmış səhifələrindən biridir və xalqımızın milli qürurunu, sarsılmaz birliyini, dövlətə olan sonsuz inamını bütün dünyaya nümayiş etdirmişdir.

Bu tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş, bölgəmizdə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranmışdır. Bu möhtəşəm nəticələr məhz Sizin uzaqgörən, qətiyyətli və prinsipial siyasətinizin məntiqi yekunudur. Sizin rəhbərliyinizlə aparılan kompleks və hərtərəfli islahatlar Azərbaycanın iqtisadi dayanıqlılığını, hərbi qüdrətini və beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirmişdir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, dövlətimizə və xalqımıza xidmət yolunda daha böyük nailiyyətlər, yeni-yeni zəfərlər arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyi daha parlaq, daha təhlükəsiz və daha firavan olacaqdır.

Fürsətdən istifadə edərək, Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirəm. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu əlamətdar gün birliyimizin daha da güclənməsi prosesinə stimul verən, böyük ictimai-siyasi əhəmiyyət kəsb edən bayramdır. Sizin sayənizdə həmrəylik ideyası artıq təməl dövlətçilik prinsiplərindən birinə çevrilmişdir.

Ən dərin hörmət və ehtiramla,

Azər İsmayılov

Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri

Избранный
36
azerbaijan-news.az

1Источники