RU

Ağdam, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Trend-inQarabağ bürosunun xəbərinə görə, qayıdış proqramına uyğun olaraqAğdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrutqəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köçkarvanı yola salınıb.

Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə - 278 nəfər,Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə - 51 nəfər, Xocalırayonunun Seyidbəyli kəndinə isə 11 ailə - 48 nəfər köçürülüb. Köçedənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda,sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışailələrdir.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı iləəhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarınıbildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edənrəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizətəşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdanrəhmət diləyiblər.

Xəbər yenilənəcək

Ağdam,
Ağdam,
Избранный
86
39
az.trend.az

10Источники