RU

DQİDK nümayəndə heyəti Türkiyəyə gedib

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Komitədən AzVision.az -a verilən məlumata əsasəm, səfər çərçivəsində nümayəndə heyətinin İğdır şəhərində vali Ercan Turan və müfti Zahit Demirellə görüşləri keçirilib. Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ortaq etnik, mədəni köklərə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin hər iki ölkənin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində dinamik şəkildə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, bu siyasət xalqlarımız arasında güclü qardaşlıq və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir. Azərbaycanın mədəniyyətlər, dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşması, multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmasının vacibliyi bildirilib. Səfər proqramı çərçivəsində nümayəndə heyətinin Qars şəhərində də bir sıra rəsmi görüş keçirməsi nəzərdə tutulur. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov daxildir. AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
4
azvision.az

5Источники