RU

"Hansı ölkədə bu qədər abidə olsaydı, onlar nə qədər qədim xalq olduğunu təbliğ edərdilər"

"Biz öz mədəniyyətimizi qorumalıyıq və bu çox həssas və strateji məsələdir. Müvafiq qurumlar mədəni və tarixi abidələrimizin bina və məbədlərimizin qorunması, yenidən bərpası və təmir üçün müvafiq tədbirlər görürlər. Heydər Əliyev Fondu bu sahədə bir çox layihələr həyata keçirir".

Redaktor.az xəbər verir ki, bunu deputat Hicran Hüseynova Milli Məclisdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirdi.

"Xüsusilə Qarabağda bərpa işləri, abidələrimizin, meçidlərimizin bərpası, yenidən tikilməsi göz qabağındadır. Lakin hələ də diqqətdən kənarda qalan mədəni tarixi abidələrimiz var. Bakıda, bir çox şəhər, rayon və kəndlərimizdə belə nümunələri görə bilərik. Biz bu məsələyə çox həssas yanaşmalıyıq. Bu binalar bizim tariximizdir, bizə qalan mirasdır və hansı ölkədə bu qədər abidələr olsaydı, onları bütün dünyaya tanıdar, nə qədər qədim xalq olduğunu təbliğ edərdilər. Ona görə də biz bu məsələyə xüsusi diqqət verməliyik. Azərbaycanın məxsus olan tarixi, mədəni, dini abidələrimizi qorumalıyıq", - deyə o, məsələ qaldırdı.

Aminə ŞAHSUVARQIZI

Избранный
23
1
redaktor.az

2Источники