Bakı, 26 dekabr, AZƏRTAC
2025-ci ilin yanvar-oktyabr ayları ərzində iqtisadi təmərküzləşmə əməliyyatları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baxılmış müraciətlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artım müşahidə edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, iqtisadi təmərküzləşmə əməliyyatlarının tənzimlənməsi bazarda rəqabətin məhdudlaşdırılmasının qarşısının alınmasına və istehlakçılar üçün daha əlçatan və sağlam seçim imkanlarının təmin edilməsinə şərait yaradır.