Bakı şəhəri Xətai rayonundə binanın arxasına torbalarla zibilllər atılır.
NOCOMMENT.az xəbər verir ki, hətta bu zibil torbaları göydən “yağış” kimi yağır və ağaclara ilişərək günlər, hətta aylarla orada asılı vəziyyətdə qalır.
Yerə düşən zibillər məsul qurumun (JEK) əməkdaşları tərəfindən mütəmadi təmizlənsə də, hər dəfə eyni vəziyyət təkrarlanır.
Hündür ağaclardan asılan zibil torbalarının yığılması isə çox çətin olur.
Qurum əməkdaşlarının sözlərinə görə, oranı yığışdırarkən, bəzən yuxarıdan atılan zibil torbasını tam onların boynuna düşdüyünü də deyib.
Mənzil İstismar Sahəsinin rəsmisi kameralar quraşdırılsa və o cərimələrin ödənişi onlara yönəldilərsə, çox qısa zamanda Bakı şəhərinin zibillikdən tamamilə təmizlənməsinin mümkün olacağını deyib.
Cərimələrlə yeni kameralar quraşdırılar və cərimə olunmamaq üçün sakinlər də zibilləri hara gəldi atmazlar…
Videoları təqdim edirik: