RU

Həftəsonu hava necə olacaq? 27.12.2025

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycanda dekabrın 27-nə olan hava proqnozu açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununu 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlədə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
49
oxu.az

10Источники