RU

Milli Məclisin payız sessiyasının son plenar iclası BU TARİXDƏ KEÇİRİLƏCƏK

Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 30-da keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib.

O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır.

Yaz sessiyası isə fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Избранный
40
7
ikisahil.az

10Источники