RU

Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatıb

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Növbəti köç karvanı Xocavənd rayonunun Hadrut qəsəbəsinə çatıb.Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər) köçürülüb.Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.***

12:20Böyük Qayıdış prosesinə uyğun olaraq bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb.Demokrat.az "Report"a istinadla xəbər verir ki, doğma yurduna qayıdan ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 64 ailə (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailənin (48 nəfər) daimi qayıdışı təmin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
51
2
demokrat.az

10Источники