RU

“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”

style='margin-bottom:10px;'>

“Son oyunda komanda qalib gəlsə də, Elmar Baxşıyev istefaya göndərildi. Hər klub rəhbərinin öz fikri var. Çoxları əcnəbi məşqçiyə meyillidir”. 

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. “Araz-Naxçıvan”ın Elmar Baxşıyevi istefaya göndərməsi haqda danışan təcrübəli mütəxəssis klub rəhbərliyinin qərarını anlamadığını bildirib:

“Qəribədir ki, bizdə əcnəbi məşqçiyə şans verirlər, amma yerliləri isə hər an istefaya göndərə bilirlər. Niyə? Amma yerli mütəxəssislərə inanmaq lazımdır. Burda çox nüanslar var, amma belə olmaz. Cavan məşqçilərimiz var, onlara güvənməliyik. Hazırda 12 komandadan 6-da əcnəbi məşqçi çalışır. “Araz-Naxçıvan”ın da əcnəbi mütəxəssislə anlaşdığı deyilir. Deyəsən, ukraynalı Andrey Demçenko gətiriləcək”. 

A.Mircavadov qeyd edib ki, “Araz-Naxçıvan”ın hazırda qərarlaşdığı mövqe elədir ki, komandanın nəticəsinin yaxşı olmadığını demək olmaz: “Sanki “Araz-Naxçıvan”ın futbolçularında istək bir qədər az idi. Hazırda elə də pis mövqedə deyillər. Komanda 6-cıdır və 3-cü pillədə qərarlaşan “Zirə” ilə aralarında cəmi 2 xal fərq var. Son oyunda da qalib gəldilər. Deməli, klub qərar verib ki, istənilən halda baş məşqçi göndəriləcək. Çox heyf ki, klublarımız yerli məşqçiyə güvənmirlər. Artıq 12 klubdan 7-də əcnəbi mütəxəssis çalışacaq".

Избранный
31
1
teleqraf.com

2Источники