RU

Əhməd Abbasbəyli: "Layihəçilikdən davamlılığa keçid QHT-lər üçün əsas hədəfdir"

2025-ci ili mövcud problemlərə baxmayaraq, vətəndaş cəmiyyəti institutları üçün ümumilikdə uğurlu il hesab etmək olar. Ümüd edirəm ki, 2026-cı ildə QHT-lərin sahələr üzrə ixtisaslaşması davam edəcək, layihəçilikdən daha çox davamlılıq, səmərəlilik, təsir və faydalılıq anlayışları ön plana çıxacaq və vətəndaş cəmiyyətinin institusional güclənməsinə xüsusi diqqət yetiriləcək.

Bu sözləri “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, sözsüz ki, dövlət orqanları, bütövlükdə cəmiyyət və ilk növbədədə QHT-lər üçün “vətəndaş cəmiyyətinin yalnız təşkilatlar deyil - düşüncə, davranış, şüur, dəyər və mövqe olması” diqqət mərkəzində olmalıdır:

"2025-ci ildə "Cəмiyyətin İnкişаfı Mərkəzi" İctimаi Birliyi "İctimai iştirakçılığın təkmilləşdirilməsi" layihəsinin həyata keçirib. Layihə fəaliyyətləri uğurla yerinə yetirlmişdir. Əlbəttə ki, təşkilatımızın həyata keçirdiyi layihənin qiymətləndirmək bizə düşməz, səmərəsi və məqsədlərimizə nə dərəcədə nail olub-olmamağımızı isə benefisiarlar və cəmiyyət daha obyektiv qiymət verər".

Избранный
35
qht.az

1Источники