RU

Əli Mirəliyev əsəbiləşdi: “Allahın qəzəbinə tuş gəldilər”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib.

Belə ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarını qazanaraq onlardan külli miqdarda pul, qızıl zinət əşyaları alıb və geri qaytarmayıb.

Məlumata əsasən, N. Həsənova götürdüyü pul vəsaitlərinin və zinət əşyalarının bir hissəsini borclarını ödəməyə xərcləyib, digər hissəsini isə lombarda (kreditə borc pul götürmək üçün müəyyən qiymətli əşyaların əsasən qızıl-zinət əşyaları, qiymətli metalların və ya digər dəyərli əmlakın girov qoyulmasıdır) qoyub.

İddialara görə, o, Pakizə Əliyeva adlı vətəndaşdan 146 290 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmovadan 650 qram qızıl, həmçinin İlqar Əliyevdən 50 000 manat alaraq geri qaytarmayıb.

Bundan başqa, Nigar Həsənovanın daha bir sıra şəxslərə qarşı dələduzluq etdiyi, külli miqdarda pul və zinət əşyaları mənimsədiyi bildirilir. Hazırda bununla bağlı polis orqanlarında araşdırma aparıldığı qeyd edilib.

Bu məsələyə İlhamə Quliyevanın qohumu müğənni Əli Mirəliyev də münasibət bildirib.

Əli Mirəliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, onlar yetimin malına yiyə durduqları üçün Allahın qəzəbinə tuş gəldilər:

“Onlar İlhamə Quliyevanın ögey bacılarıdır. Deyəsən Nigar İradənin qızıdır. Onlar Allahın qəzəbinə tuş gəldilər. Çünki yetimin malına yiyə durublar. Onlar mərhum sənətkar İlhamə Quliyevanın atasının üçüncü arvadından olan uşaqlardır, yəni İlhamə Quliyeva tək övlad olub.

İlhaməyə mənim qızım baxıb. Heç onların gəlib-getdiyi olmayıb. İlhamənin anası Tükəzban xanım rəhmətə gedəndən sonra bunların əl-ayaqları açılıb yavaş-yavş gəlib-getməyə başlayıblar. Onlar yazıq İlhamənin bütün malına-mülkünə, evinə-eşiyinə, maşınına yiyə durdular. Həmçinin atasının, Həbib Bayramovun evinə sahib çıxıblar.

Mən demişdim ki, halallıq olmayan yerdə yetimin malına yiyə durmaq olmaz, Allah bunu götürməz. Baxın, götürmədi də. Görürsünüz ki, onun qızı dələduzluq maddəsi ilə həbs olundu. Mən seyidəm, nə deyirəmsə, dəqiqdir. Mən onları Allaha tapşırmışdım. Mənim qızım 15 il İlhamə xanıma baxıb. Orxan yazıq onun oğulluğu İlhaməyə baxıb. Axırı belə olmazdı”.

Müğənni qeyd edib ki, mərhum sənətkar İlhamə Quliyevanın anası sağlığında bu şəxsləri ailəyə yaxın buraxmayıb:

“Onlarla əlaqəyə gəlincə, əvvəlcə özlərini yazıq kimi aparırdılar. Sonradan qaynım Eldar onlara imkan yaratdı. Çünki onların soyadları eynidir. Quliyeva Gülbahar və Quliyeva İradə. Bir soyad olduğu üçün belə qərar çıxdı ki, mal-mülk onlara qalır.

Daha fikirləşmədilər ki, Həbib Bayramov başqa adamdır və sən onun evinə necə sahib çıxa bilərsən? Həbib Bayramov yazıq özü ev alıb. Tükəzban xanımın onlardan zəhləsi gedirdi, ərinin üçüncü arvadından olan uşaqlardır. Tükəzban xanım sağlığında onları yaxın buraxmırdı. 

İlhamə onları heç tanımayıb. Anası dünyasını dəyişəndən sonra İlhamə başsız qaldı. Onlar da “bacı-bacı” deyə-deyə gəlib onun malına-mülkünə sahib olmaq üçün qılığına girdilər.  Mənim yoldaşım İlhamə xanımın bibisinin qızıdır. Qaynatam İsmayıl Tükəzban xanımın böyük qardaşıdır. 

Tükəzbanın cəmi bir övladı olub, o da İlhamədir. Yoldaşımla dayı-bibi qızıdırlar. Hətta yoldaşımı görsəz deyərsiz ki, elə bil İlhamənin özüdür. Yəni elə oxşuyurlar. Sanki bir almanı iki yerə bölüblər”. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
cebheinfo.az

2Источники