RU

Məcnun Məmmədov Cəbrayıl Regional Bölməsinin inzibati binasına, laboratoriyasına dair layihə-smeta sənədlərinin hazırlanmasına 150 min xərcləyəcək

Kənd Təsərrüfatı Nazirliyinin Cəbrayıl Regional Bölməsinin inzibati bina, laboratoriya və digər tikililərinə dair layihə-smeta sənədlərinin hazırlanmasına 149 978 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq xidmət “House Project” MMC tərəfindən göstəriləcək.

 

Nazirlik və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru zamanı rəqabətlilik təmin edilməyib, yəni prosedur dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Nizamnamə kapitalı 10 AZN, vergi borcu 23 AZN olan şirkətin rəhbəri Nərgiz Qəzənfər qızı Ağayevadır.

 

Kənd təsərrüfatı naziri isə Məcnun Məmmədovdur

 

Cabir

Tarix: 26 Dekabr 2025, 14:31   
Избранный
30
pravda.az

1Источники