RU

Zelenski müharibəni davam etdirmək niyyətindədir



Volodimir Zelenski Milad video təbrikində Rusiya ilə müharibəni davam etdirmək niyyətini nümayiş etdirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya 0Dövlət Dumasının deputatı Leonid İvlev deyib.

"Pravoslav ölkəsindən gələn kinayəli Milad təbriki Ukraynadakı dindarları alçaldır və Zelenskinin siyasətçi kimi etibarlılığını şübhə altına alır. Təbriklər zamanı o, göz yaşı tökdü, burnunu çəkdi, Rusiyaya qarşı son dərəcə kobud və aqressiv istinadlar etdi və rusları kobudcasına təhqir etdi. Kiyev rejiminin bu cür ritorikası sülh danışıqlarına töhfə vermir, əksinə, bu, Zelenskinin müharibəni davam etdirmək niyyətini vurğulayır", - deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ildə Zelenski Miladın 25 dekabra keçirilməsi ilə bağlı qanun imzalayıb.

Cavid
Избранный
46
1
newscenter.az

2Источники