RU

Satışdakı kənd toyuqlarının əksəriyyəti saxtadır – Ekspert

Bu gün istənilən fiziki şəxs qida zəncirinin hansı halqasında olursa olsun Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyatdan keçməlidir. Təəssüf ki, bu gün hətta toyuq istehsalı ilə məşğul olanlar belə AQTA-da heç bir qeydiyyatdan keçmirlər. Bu da antisanitar şəkildə insanlara toyuq satışına şərait yaradır.


Bu sözləri Tribuna.az-a açıqlamasında Azad İstehlakçlar İctimai Birliyinin sədri Eyyub Hüseynov saxta kənd toyuqları ilə bağlı danışarkən deyib. O bildirib ki, istehlakçılar saxta yollarla hazırlanmış toyuqları adi gözlə ayır edə bilməz:
“Bu gün marketlərdə, bazarda kənd toyuğu adı ilə satılan toyuqların əksəriyyəti təmiz kənd toyuğu deyil, saxtadır. Kənd toyuqları ümumiyyətlə üç cür olur – tam azad toyuqlar, yarı azad toyuqlar və broyler toyuqları.
Azad toyuqlar həyətdə tapdığını yeyən hərəktli toyuqlardır ki, bunlar təmiz kənd toyuğudur. Yarı azad toyuqlar isə kənd yerlərində xüsusi hazırlanmış qapalı yerdə saxlanılır, lakin onlara broyler toyuqlarına verilən yemlərdən verilir. Broyler toyuqları isə tam qapalı şəraitdə saxlanılır, qidası da bəllidir.
İnsanlar əlbəttə ki, tam azad toyuqlara üstünlük verir. Bu toyuqlar digərlərindən kəsiləndən sonra ayaqlarının sarı olmasına görə fərqlənir. Ancaq hazırda Bakı ətrafında 20-yə qədər yarı azad toyuq saxlayan yerlər var. O yerlərdə toyuqlar tam azad, təmiz kənd toyuğuna oxşasın deyə kəsiləndən sonra o toyuqların ayaqlarını saraldırlar. Bununla da tam kənd toyuğu adı ilə saxta toyuqları daha baha qiymətə satışa çıxarırlar. Bu işlə bir deyil, onlarla yer məşğul olur. Market və bazarlarda kənd toyuğu adı ilə satılan toyuqların əksəriyyəti saxta yollarla ayaqları saraldılmış yarı azad toyuqlardır.
Bu gün istənilən fiziki şəxs qida zəncirinin hansı halqasında olursa olsun Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyatdan keçməlidir. Təəssüf ki, bu gün hətta toyuq istehsalı ilə məşğul olanlar belə AQTA-da heç bir qeydiyyata alınmırlar. Bu da antisanitar şəkildə insanlara toyuq satışına şərait yaradır. İstehlakçı adi gözlə heç nəyi ayırd edə bilməz. İstehlakçı ancaq malın sənədini tələb etməlidir. Əgər o məhsulun sənədi yoxdursa, almaqdan imtina etməlidir. Çünki bu cür saxta yollarla toyuq istehsal edən yerlərin 80 faizinin sənədi olmur”.
E.Hüseynov bildirib ki, kənd toyuğu adı altında satılan saxta toyuqlar əsasən Bakıətrafı qəsəbə və kəndlərdə istehsal olunur, market və bazarlara satışa çıxarılır.
Избранный
41
yenilik.az

1Источники