RU

“Heyət yenidən formalaşdırılacaq” 1:13 uduzan klubun prezidenti

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2-ci liqada aşkar autsayder bəllidi. Bu komanda, heç şübhəsiz, “Araz Saatlı”dı. Saatlı təmsilçisi ilk 14 turda 12 qol vurub, 75-ni buraxıb. Son turda “Qaradağ Lökbatan”a 1:13 hesablı məğlubiyyət, ümumiyyətlə, fiaskodu.Bəs komanda niyə bu vəziyyətdədi? Bu gedişlə 2-ci liqada yerini necə qoruyacaq? “Football-plus.az”ın suallarını klubun prezidenti Ədalət Abdullayev cavabladı:

“Düz deyirsiz. Çox acınacaqlı haldı. Amma bu vəziyyətin günahkarını axtarsaq, görərik ki, səbəb ölkə futbolundakı qeyri-ədalətli bazar şəraitidi. Bir tərəfdə Ədalət Abdullayevin maliyyələşdirdiyi klubdu, o biri tərəfdə isə SOCAR-ın, dövlətin maliyyələşdirdiyi klub. Bu iki klubun büdcəsi, keyfiyyəti və maaş fərqi ən azı bu oyunda vurulan qolların nisbəti qədərdi. Təbii ki, belə nəticələr də qaçılmazdı. Amma mövsümün ikinci yarısına hazırlaşırıq. 2-ci liqada qalmağa çalışacağıq. Heyət yenidən formalaşdırılacaq. Daha çox gənclərə şans verməyi düşündük. Təəssüf ki, onların oyun praktikasının olmaması ziyanımıza işlədi. Bu olanlardan nəticə çıxarıb daha təcrübəli futbolçuları cəlb etmək istəyirik. İnanırıq ki, qənaətbəxş nəticələr qazanaraq 2-ci liqadakı yerimizi qoruya biləcəyik”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
icma.az

2Источники