RU

Ceyhun Bayramov: Azərbaycan və Aİ arasında əməkdaşlığın təşviqi sahəsində müsbət dinamika müşahidə edilir

“Qoşulmama Hərəkatı, D-8 təşkilatı, İƏT və digər beynəlxalq təşkilatlarda fəaliyyət uğurla davam edir”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan D-8 təşkilatının yeni üzvü kimi bu platformada milli təşəbbüslər həyata keçirib, İƏT və üzv dövlətləri ilə əməkdaşlığın inkişafını davam etdirib”, - Ceyhun Bayramov qeyd edib.

Nazir bildirib ki, Azərbaycan D8-in yeni üzvü kimi bu platformada milli təşəbbüslər reallaşdırıb: “Azərbaycan və UNESCO arasında əməkdaşlıq davam etdirilib. Azərbaycan və Aİ arasında əməkdaşlığın təşviqi sahəsində müsbət dinamika müşahidə edilir. Azərbaycan və Aİ arasında yeni tərəfdaşlıq priorotetlər üzrə danışıqlara başlanması üzrə razılıq mövcuddur, yeni Sazişin imzaıanması üçüm danışıqların bərpası üçün də razılıq var”.

Избранный
5
5
apa.az

10Источники