RU

Məhəmməd Asifoğlunun duyğu dolu şeirləri

Sevginin, ayrılığın ağrısı və könül fəryadı… Onun misralarında eşq bəzən gülüstan, bəzən isə məzarıstan kimi təsvir olunur, klassik üslub isə şeirlərə xüsusi ruh qatır.Metbuat.az gənc şair Məhəmməd Asifoğlunun duyğu dolu şeirlərini oxuculara təqdim edir: Dünya mənə sənlə gözəlim baği gülüstandır.Sənsiz ola bilməm, mənədünya məzarıstandır.Eşqin ilə çarpar ürəyim, ahu-fəğan eylərHüsnün mələyin oxşarı ruhun isə şeytandır.Sən naz edib eşqində məni sərsəri etdikcəCanım sənə qurban axı canım sənə heyrandır.Mən tək ola bilməz gözəlim qaşə,gözə vurğunQaşları kamandır nigarın,gözləri məstandırSən varlığın ilə elədin Dərvişi biçarəGetmə sənə qurban yetimin halı pərişandır.*** *** ***Rəzil olsam bu eşq içrə yenə candan dönən yoxdurƏzəldən bil bir olmuşdur sevən könlün ümidgahı.Qəfəs dustağı bülbültək çığırmaqdan səsim batmışSən ey bağım, gülüstanım kar ol duyma bu əfğanı.Arasından ötüb illər o xoş günlər keçib amma, həsrət atəşi sönmüş, dinmiş ruhumunahı.Səndən özgə sevənmədim, bu dünyada ey gözəlim,Əzizim, bil sən olmuşdun, məhəbbət mülkümün şahı.*** *** ***Ey təbibim, rəhm qıl könlüm yaman qəmxar olubSən ona get get deyirsən ol fəqət biar olubSındırırsan məhv edirsən könlümü bir nəsnə tək,Könlüm ey zülfi pərişan gör necə bimar olubMən tərəddüd eylərəm söz söyləyərkən hüsnünə,Ol səbəbdir hüsnün ey gül, gül təki gülzar olubBir zaman yaz nəşəsi, bülbül kimi cəh cəh edən,Könlüm indi fəsli qış,bülbül gəzən yer qar olubYox səbəbkar məndən ayrı, hicrana bani mənəmBilməmişdim ayrılıq car eyləyənlər, xar olubSən cəhan nuru günəşsən, mən qəriban bir gecəBəllidir hər bir gecə bir şöləyə düçar olubKölgə tək arxanca gəlmiş dərd kədər hicran fəraq,Çoxluq içrə yox kimi, can cismimə gör dar olub?!Dərvişa, yol görsənir son mənzilin gəl-gəl deyir,

Gördüyün üz-duyduğun səs Əzrayıldan var olub.

Избранный
19
1
metbuat.az

2Источники